Layihə çərçivəsində Bakı şəhərində yerləşən 41 Qərb su anbarının ərazisində təmir-bərpa işləri aparılmış, həmçinin Özbəkistan Səfirliyinə düşən mühüm kommunikasiya xətləri yeni texnologiyalarla köçürülmüşdür. İşlər zamanı şəhər infrastrukturuna zərər verməmək və işin dəqiqliyini artırmaq məqsədilə mikro tunel qazma texnologiyasından istifadə olunmuşdur. İcra edilən işlərə DN530 mm diametrli, uzunluğu 45 m olan su xəttinin köçürülməsi, DN720 mm diametrli, uzunluğu 100 m olan su xəttinin köçürülməsi, DN1200 mm diametrli, uzunluğu 213 m olan kanalizasiya kollektorunun köçürülməsi və mikro tunel qazma (microtunneling) texnologiyasının tətbiqi ilə yeraltı boru keçidlərinin açılması daxildir. Layihənin əsas xüsusiyyətləri şəhər daxilində torpaq qatlarının qorunmasını və təhlükəsiz boru keçidini təmin edən açıq qazıntısız tunel texnologiyası, boruların dəqiq və dəymədən yerləşdirilməsini təmin edən təzyiqlə irəliləyən sistemlər, sıx məskunlaşmış ərazilərdə ətraf mühitə minimal təsir göstərən optimal həllərdir. Layihənin əsas məqsədi mövcud su və kanalizasiya infrastrukturunun bərpası ilə yanaşı, səfirlik ərazisində təhlükəsiz və yüksək dəqiqlikli boru keçidlərinin təmin olunmasıdır.