Bakı şəhəri, Dübəndi kəndi ərazisində yerləşən 6 saylı çənlər parkında PBC-5000 m³ tutumlu 605 saylı neft çənində genişmiqyaslı təmir-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində çənin dam örtüyünün, döşəməsinin, yan lövhələrinin və dəmir-beton bünövrəsinin yenilənməsi, istismar müddətini başa vurmuş avadanlıqların tamamilə yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Layihənin əsas məqsədi iri tutumlu neft çəninin təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək və mövcud infrastrukturun müasir texniki tələblərə uyğun şəkildə yenidən qurulmasıdır.