Ələt Azad İqtisadi Zonasının yağış və məişət kanalizasiya sistemindən tullantı sularının kənarlaşdırılması layihəsi çərçivəsində Ələt Azad İqtisadi Zonasının ərazisində yağış və məişət sularının təhlükəsiz şəkildə kənarlaşdırılması məqsədilə mikrotunel üsulu ilə yeni kanalizasiya xətləri inşa edilmişdir. İcra olunan işlərə DN1400 mm diametrli və 127 metr uzunluğunda dəmir-beton mikrotunel xəttinin tikintisi, DN800 mm diametrli və 147 metr uzunluğunda dəmir-beton mikrotunel xəttinin tikintisi daxildir. Layihənin əsas məqsədi Ələt Azad İqtisadi Zonasının infrastruktur imkanlarını genişləndirməklə tullantı sularının idarə olunmasında müasir və dayanıqlı həllər tətbiq etməkdir.