Goranboy rayonu ərazisində kənd təsərrüfatı sahələrinin su ilə təmin olunması məqsədilə müasir pivot suvarma sistemləri qurulmuş, yeni infrastruktur sayəsində əkin sahələrində suya qənaət və məhsuldarlığın artımı təmin edilmişdir. İcra olunan işlərə pivot suvarma sistemlərinin quraşdırılması, suötürücü boru xətlərinin çəkilməsi, elektrik və idarəetmə kabel xətlərinin quraşdırılması, nasosxana və digər suvarma infrastrukturunun qurulması daxildir. Layihənin əsas məqsədi Goranboy rayonunda su ehtiyatlarından səmərəli istifadəni təmin etməklə kənd təsərrüfatı sahələrinin su ilə fasiləsiz təchiz olunmasına nail olmaq və bölgədə dayanıqlı aqrar inkişafı dəstəkləməkdir.