Layihə çərçivəsində Kür–Bakı magistral su kəmərinin Bakı–Ələt avtomobil yolunun 19-cu kilometrində yerləşən hissəsində infrastrukturun yenilənməsi işləri həyata keçirilmişdir. Kəmərin texniki təhlükəsizliyinin təmin olunması və fasiləsiz su ötürülməsi məqsədilə müasir boru sistemləri ilə əvəzləmə işləri aparılmışdır. İcra olunan işlərə DN1420x14 mm, uzunluğu 800 metr olan metal boru xəttinin quraşdırılması, boru xəttinin yerüstü qaz xətti və iki kabel xətti ilə kəsişdiyi nöqtələrdə layihəyə uyğun keçidlərin təmin olunması və təhlükəsiz infrastrukturun qurulması daxildir. Layihənin əsas məqsədi magistral su kəmərinin davamlılığını artırmaq, su ötürülməsində fasiləsizliyi təmin etmək və strateji əhəmiyyətli xəttin müasir texniki tələblərə cavab verməsini təmin etməkdir.