Ağcabədi rayonu ərazisində kənd təsərrüfatı sahələrinin su ilə təmin olunması məqsədilə həyata keçirilən layihə çərçivəsində pivot suvarma texnologiyası tətbiq edilmiş, 100.000 m³ tutumlu su anbarı tikilmiş, 2 ədəd nasosxana quraşdırılmış, boru və kabel xətləri çəkilmiş, anbarlar arasında magistral metal boru xətləri inşa olunmuşdur. Layihənin məqsədi su ehtiyatlarından səmərəli istifadə etməklə fasiləsiz suvarma təminatını həyata keçirmək və aqrar sahədə dayanıqlı inkişafı dəstəkləməkdir.