Ağcabədi rayonunda kənd təsərrüfatı bitkilərinin su təminatı sistemlərinin qurulması
Ağcabədi rayonunda həyata keçirilən layihə çərçivəsində 68 ədəd pivot suvarma sistemi quraşdırılmışdır. Bu sistemlər geniş əkin sahələrinin avtomatlaşdırılmış və səmərəli şəkildə suvarılmasını təmin edir.
Quraşdırılmış pivot sistemləri müasir texnologiyalar əsasında seçilmiş və yüksək məhsuldarlığın təmin olunmasına xidmət edir.
• 68 ədəd pivot sistemi • Valley texnologiyası • Avtomatlaşdırılmış suvarma
.
.
Pivot sisteminin sıfırdan qurulması
Pivot sistemlərinin quraşdırılması sahənin ölçülərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilmişdir. Metal konstruksiyaların montajı, elektrik və su təchizatı xətlərinin qoşulması təmin edilmişdir. Sistemlər sınaqdan keçirilərək tam funksional vəziyyətə gətirilmişdir.
Su anbarının tikintisi və istismara verilməsi
Tutumu 100.000 m³ olan su anbarının tikintisi, hidrotexniki və mexaniki işlər daxil olmaqla sıfırdan icra olunmuşdur. Anbarın doldurulması və sistemə inteqrasiyası təmin edilərək tam funksional vəziyyətə gətirilmişdir.
.
Nasosxana və mexaniki avadanlıqlar
Layihə çərçivəsində 22 ədəd nasos və digər mexaniki avadanlıqların təchizatı və quraşdırılması həyata keçirilmişdir. Nasosxana sistemi suyun tələb olunan təzyiq və həcmdə ötürülməsini təmin edərək suvarma prosesinin fasiləsizliyini təmin edir.
• 22 ədəd nasos • Mexaniki avadanlıqlar • Fasiləsiz su təchizatı