Bakı şəhəri, Dübəndi kəndi ərazisində yerləşən bunkerlənmə çənlər parkında həyata keçirilən layihə çərçivəsində istismarda olan 3 saylı RVS-700 m³-luq çənin texniki göstəricilərinin yaxşılaşdırılması və dayanıqlığının artırılması məqsədilə yenidənqurma işləri aparılmışdır. Layihə çərçivəsində çən sökülmüş, aşınmış və istismar müddətini başa vurmuş hissələr təmir edilərək yenilənmişdir. Əsas məqsəd bunkerlənmə prosesində istifadə olunan çənlərin istismar təhlükəsizliyini artırmaq və məhsul saxlanmasında fasiləsizliyi təmin etməkdir.