Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu) layihəsi çərçivəsində Sabirabad rayonu ərazisində Kür çayı üzərində yerləşən qış otlaqlarının su təminatını yaxşılaşdırmaq məqsədilə müasir meliorativ sistemlər qurulmuşdur. İcra olunan işlərə Kür çayı üzərində üzən nasos stansiyasının və 6x14x1.5 m ölçülü panton (gəmi) qurğusunun tikintisi, Q = 1800 l/san gücündə 3 ədəd nasosun quraşdırılması, Ø820×8 mm, uzunluğu 93 metr olan vurma borularının çəkilməsi, DN1020x10 mm, uzunluğu 534 metr olan borularla magistral su xəttinin inşası daxildir. Layihənin əsas məqsədi Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında heyvandarlıq və əkinçiliyin inkişafına dəstək olmaqla suvarma imkanlarını genişləndirmək və su ehtiyatlarının effektiv idarə olunmasını təmin etməkdir.