Təlim və İnkişaf

Ensol komandası üçün bilik və bacarıqların davamlı şəkildə inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə əməkdaşlar mütəmadi olaraq yerli və beynəlxalq təlimlərə, texniki seminarlara və ixtisasartırma proqramlarına cəlb olunurlar.
Təlim proqramları yalnız nəzəri biliklərlə məhdudlaşmır, eyni zamanda sahə şəraitinə uyğun praktiki təcrübə ilə dəstəklənir. Ölkə daxilində və xaricdə keçirilən bu proqramlar əməkdaşların beynəlxalq təcrübəyə çıxışını genişləndirir və onların peşəkar bacarıqlarının inkişafına töhfə verir.
Biz inanırıq ki, daim öyrənən və inkişaf edən əməkdaş inkişaf edən şirkətin əsas təməlidir.
Ensol-un komanda mədəniyyəti etimad, əməkdaşlıq və birgə məsuliyyət prinsipləri üzərində formalaşmışdır. Sağlam və motivasiyaedici iş mühiti əməkdaşların potensialını maksimum şəkildə üzə çıxarmağa şərait yaradır.
Bizim üçün uğur fərdi nailiyyətlərin deyil, güclü və həmrəy komandanın birgə nəticəsidir.