Xidmətlərimiz

Su və Kanalizasiya Sistemləri

Su və Kanalizasiya Sistemləri

Magistral su kəmərlərinin, kanalizasiya kollektorlarının və digər mühəndis-kommunikasiya xətlərinin tikintisi və yenilənməsi. Layihələr müxtəlif diametrli boru sistemləri və əlaqəli infrastruktur qurğularını əhatə edir.
Qaz Nəqli və Paylayıcı Sistemlər

Qaz Nəqli və Paylayıcı Sistemlər

Magistral qaz kəmərlərinin, qaz paylayıcı şəbəkələrin və əlaqəli mühəndis qurğularının tikintisi. İşlərə boru xətlərinin quraşdırılması və texnoloji avadanlıqların inteqrasiyası daxildir.
Mikrotunelləşdirmə və Yeraltı Keçidlər

Mikrotunelləşdirmə və Yeraltı Keçidlər

Mikrotunelləşdirmə texnologiyaları ilə yeraltı keçidlərin və qapalı üsulla boru xətlərinin inşası. Bu sahəyə müxtəlif diametrli boruların qapalı üsulla quraşdırılması daxildir.
Nasos Stansiyaları, SCADA və Avtomatlaşdırma

Nasos Stansiyaları, SCADA və Avtomatlaşdırma

Nasos stansiyalarının, SCADA sistemlərinin və sənaye avtomatlaşdırma həllərinin quraşdırılması. Elektrik idarəetmə panelləri və məsafədən nəzarət sistemlərinin inteqrasiyası həyata keçirilir.
Pivot Suvarma Sistemləri

Pivot Suvarma Sistemləri

Pivot suvarma sistemlərinin, paylayıcı şəbəkələrin və su ötürücü xətlərin qurulması. Layihələr kənd təsərrüfatı sahələrinin fasiləsiz su təminatına yönəlib.
Panton Qurğuları

Panton Qurğuları

Panton tipli suqəbuledici qurğuların, üzən platformaların və əlaqəli sistemlərin quraşdırılması. Qurğular su mənbələrindən etibarlı su qəbulunu təmin etmək üçün layihələndirilir.
Su Anbarları

Su Anbarları

Müxtəlif həcmli su anbarlarının, manevr otaqlarının və hidrotexniki qurğuların tikintisi. Obyektlər uzunmüddətli istismar tələblərinə uyğun şəkildə inşa olunur.
Sənaye Çənləri

Sənaye Çənləri

Sənaye, neft və digər mayelərin saxlanılması üçün metal çənlərin tikintisi və yenidən qurulması. İşlərə metal konstruksiyaların montajı və texnoloji avadanlıqların quraşdırılması daxildir.
Texniki Təchizat və Mühəndislik Həlləri

Texniki Təchizat və Mühəndislik Həlləri

Nasosların, armatur məhsullarının, boru sistemlərinin və mühəndis avadanlıqlarının təchizatı. Təchizat portfeli müxtəlif infrastruktur və sənaye layihələrinin tələblərinə uyğun formalaşdırılır.