Ensol MMC bütün fəaliyyətində ədalət, dürüstlük və şəffaflıq prinsiplərinə sadiqliyi əsas dəyər kimi qəbul edir. Şirkətin etik kodeksi əməkdaşlar arasında bərabər münasibətlərin təmin edilməsini, qarşılıqlı hörmətin qorunmasını və yüksək peşəkar davranış standartlarının formalaşdırılmasını tənzimləyir.
Ensol-da rüşvət, korrupsiya və maraqların toqquşmasına qarşı “sıfır tolerantlıq” prinsipi tətbiq olunur. Bu çərçivədə bütün fəaliyyət sahələrində risklərin qarşısının alınması üçün daxili nəzarət mexanizmləri və profilaktik tədbirlər sistemli şəkildə həyata keçirilir.
Uyğunluq siyasəti yalnız mövcud qanunvericiliyin tələblərinə riayətlə məhdudlaşmır. O, eyni zamanda Ensol MMC-nin korporativ mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi formalaşdırılmış və bütün idarəetmə və icra proseslərinə inteqrasiya olunmuşdur.
Etik davranış prinsiplərinə riayət olunması şirkətin nüfuzunun qorunmasına xidmət etməklə yanaşı, təşkilat daxilində etimad mühitinin güclənməsinə, şəffaflığın artırılmasına və sağlam korporativ mədəniyyətin formalaşmasına mühüm töhfə verir.