SƏTƏM tətbiqi

Sağlamlıq, əməyin  təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin tətbiqi fəaliyyətimizin ayrılmaz və əsas hissəsidir. Şirkətimizin davamlı uğurunun əsasını SƏTƏM sahəsində kollektiv olaraq məsuliyyətin dərk edilməsi və bu öhdəliyin fəaliyyətimizin hər səviyyəsində inteqrasiya olunaraq tətbiq edilməsi təşkil edir.

Müasir texnologiyalardan istifadə etməklə bütün fəaliyyətimiz qüvvədə olan qanunvericilik, beynəlxalq və yerli standartlar çərçivəsində həyata keçirilir. Layihələrdə müasir standartlara və tələblərə tam uyğunluğu təmin etməklə yanaşı, ətraf mühitə təsirin minimuma endirilməsi ən innovativ təcrübələrin tətbiq olunması ilə həyata keçirilir.

Bütün təşkilati və texniki tədbirlər planlaşdırılmaqla yerinə yetirilir və daim təkmilləşdirilir. İşçi heyətimizin motivasiyasına, SƏTƏM üzrə təlimlərə, keyfiyyət təminatına və nəzarətinə xüsusi önəm verilir.

Bütün SƏTƏM üzrə qərarlar barədə əməkdaşlarımızı, tərəfdaşlarımızı və maraqlı tərəfləri operativ şəkildə məlumatlandırırıq. Təhlükəsiz iş mühiti yaratmaq üçün yalnız texniki həllərlə kifayətlənmir, həm də SƏTƏM mədəniyyətini gündəlik davranışa çevirməyə çalışırıq. Hədəfimiz, bütün maraqlı tərəflərlə birlikdə sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin qorunmasına xidmət edən bir iş mühiti yaratmaqdır.