Dübəndi İstehsalat Bölümündə neft çənlərinin təmiri və yenidən qurulması

Bakı şəhəri, Dübəndi kəndi ərazisində yerləşən istehsalat və bunkerlənmə çənlər parklarında həyata keçirilən layihələr çərçivəsində müxtəlif tutumlu neft çənlərinin əsaslı təmiri və yenidən qurulması işləri icra edilmişdir. Layihə çərçivəsində iri tutumlu PBC-5000 m³ tipli çən və RVS-700 m³ tipli çən üzərində kompleks texniki müdaxilələr həyata keçirilmiş, mövcud konstruksiyalar müasir texniki tələblərə uyğun şəkildə yenilənmişdir.

İcra edilən işlərə çənlərin dam örtüklərinin, döşəmələrinin və yan lövhələrinin bərpası və yenilənməsi, dəmir-beton bünövrələrin gücləndirilməsi, eləcə də istismar müddətini başa vurmuş mexaniki avadanlıqların yeniləri ilə əvəz olunması daxildir. Bundan əlavə, çənlərin konstruktiv elementləri tam şəkildə yoxlanılmış, aşınmış hissələr dəyişdirilmiş və sistemin ümumi dayanıqlılığı artırılmışdır.

Yenidənqurma işləri zamanı çənlərin tam sökülərək texniki baxışdan keçirilməsi, zədələnmiş elementlərin bərpası və yenidən montajı həyata keçirilmişdir. Bu yanaşma çənlərin istismar müddətinin uzadılmasına, texniki etibarlılığının artırılmasına və təhlükəsiz fəaliyyətinin təmin olunmasına imkan yaratmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində neft məhsullarının saxlanılması və bunkerlənmə proseslərinin fasiləsizliyi təmin edilmiş, mövcud infrastrukturun funksionallığı və təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilmişdir. Layihə ümumilikdə enerji infrastrukturunun dayanıqlılığının artırılmasına və əməliyyat səmərəliliyinin yüksəldilməsinə yönəldilmişdir.