Zığ–Hövsan qəsəbələri ərazisində həyata keçirilən bu layihə ölkə üzrə ən iri və strateji əhəmiyyətə malik infrastruktur layihələrindən biridir. Layihənin əsas məqsədi kanalizasiya və su ötürmə sistemlərinin modernləşdirilməsi, ətraf mühitin qorunması və şəhər infrastrukturunun dayanıqlılığının artırılmasıdır. Bu çərçivədə genişmiqyaslı mühəndis, tikinti və quraşdırma işləri kompleks şəkildə icra olunur.
Şaft qazıntısı və mexanizmlərin mərhələli şəkildə iş sahəsinə endirilməsi mürəkkəb mühəndis həlləri və dəqiq planlama əsasında icra olunur. Proses yeraltı sistemlərin etibarlı qurulmasını təmin edir.
İri diametrli dəmir-beton boruların yerində istehsalı
Layihə çərçivəsində iri diametrli dəmir-beton boruların istehsalı sahə daxilində həyata keçirilir. Müasir texnologiyalar əsasında istehsal olunan borular layihənin keyfiyyət və davamlılıq tələblərinə tam uyğun şəkildə hazırlanır.
Boru xətləri
Zığ–Hövsan Kanalizasiya Kollektoru layihəsi çərçivəsində iri diametrli polad boru xətlərinin quraşdırılması üzrə işlər davam etdirilir. Layihə üzrə 1820×16 mm ölçülü boruların montajı, qaynaq birləşmələri və izolyasiya işləri mərhələli şəkildə həyata keçirilir.
Bu magistral xətt Zığ kanalizasiya nasos stansiyasından tullantı sularını təzyiq altında Hövsan Təmizləyici Qurğusuna nəql edən əsas infrastruktur elementlərindən biridir. Layihənin əsas məqsədi Bakı şəhərinin mərkəzi və ətraf ərazilərindən toplanan tullantı sularının fasiləsiz, təhlükəsiz və ekoloji standartlara uyğun şəkildə təmizlənmə prosesinə ötürülməsini təmin etməkdir.