+25 Maştağa su qurğuları meydançasında yerləşən nasos stansiyasında nasosların yenisi ilə əvəz olunması

Layihə çərçivəsində nasos stansiyasının texniki modernizasiyası və avadanlıqların yenilənməsi işləri həyata keçirilmişdir.

İcra edilən işlərə 2 ədəd mərkəzdənqaçma nasosunun (Q=1800 m³/saat, H=45 m, N=315 kVt) təchiz edilməsi və quraşdırılması, 2 ədəd Soft Starter panelinin (70 A, 710 kVt) təchiz olunaraq montajı, həmçinin nasos stansiyası daxilində mexaniki və elektrik avadanlıqlarının quraşdırılması daxildir.

Həyata keçirilən işlər nəticəsində nasos stansiyasının istismar dayanıqlığı və texniki etibarlılığı artırılmış, su ötürmə sisteminin daha səmərəli və fasiləsiz fəaliyyəti təmin edilmişdir.